MJ Finance logo

Baş mühasib

MJ Finance - Bakı - 10 Feb - Son tarix: 04 Jul - 1098 views
Salary
2000.00-2500.00 AZN / monthly
Category
Maliyyə xidmətləri
Job type
full-time
Vəzifə öhdəlikləri:

Şirkətin Baş ofisi və filialları üzrə mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi;
Kredit portfeli üzrə uçot məlumatlarının maliyyə hesabatları ilə uzlaşdırılması və yoxlanılması;
İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması;
Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi;
Baş ofis və filiallarda mühasibat prosedurlarına, maliyyə və kassa intizamına riayət olunmasına nəzarət;
Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət;
Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması;
Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi;
Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi;
Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak;
Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət;
Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi;
Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumları tərəfindən daxil olan sorğu və hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:

Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması mütləqdir;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (bank və ya BOKT sahəsində təcrübə üstünlükdür);
1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər;
Elektron dövlət portalları ilə işləmək bacarığı;
Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:

Əmək haqqı: 2000-2500 AZN
İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: 09.00-18.00