Salarynegotiable
CategoryPərakəndə satış və müştəri xidmətləri
Job typefull-time
İş haqqında
Arash Company — Anti-Age Məhsulları üzrə Satış Meneceri.
- Anti-age və estetik tibb məhsullarının (dermal fillerlər, botulinum toksinləri, biorevitalizasiya və mezoterapiya preparatları, biostimulyatorlar, PRP məhsulları, peşəkar dəriyə qulluq vasitələri və s.) aktiv satışının həyata keçirilməsi;
- Yeni müştərilərin müəyyən edilməsi, cəlb olunması və şəxsi müştəri portfelinin formalaşdırılması;
- Dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar və tibb mərkəzləri ilə mütəmadi görüşlərin keçirilməsi;
- Məhsulların təqdimatı, üstünlüklərinin və istifadə sahələrinin müştərilərə izah edilməsi;
- Potensial müştərilərlə kommersiya danışıqlarının aparılması və satışların tamamlanması;
- Aylıq və rüblük satış hədəflərinə nail olunması;
- Yeni bazar imkanlarının araşdırılması, rəqiblərin fəaliyyətinin və bazar tendensiyalarının izlənilməsi;
- Satış həcminin artırılması üçün yeni yanaşmaların və təşəbbüslərin irəli sürülməsi.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Anti-Age Məhsulları üzrə Satış Meneceri” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.